Yuxarı
    Bağlamaq

    YUNİSEF: Hərbi əməliyyatlar başlayandan bu günə kimi Mosulu 700 min dinc sakin tərk edib

    Əməliyyatın sonuna kimi daha 200 min insanın evlərini tərk edəcəyi gözlənilir

    Bakı. 20 may. REPORT.AZ/ İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatının başlandığı 2016-cı ilin 17 oktyabrından bu günə kimi şəhəri 700 min dinc sakin tərk edib.

    "Report""Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Cenevrədəki nümayəndəsi Piter Houkins beynəlxalq təşkilatın ofisində keçirdiyi mətbuat konfransında xəbər verib.

    Onun sözlərinə görə, əməliyyatın sonuna kimi daha 200 min insanın evlərini tərk edəcəyi gözlənilir. YUNİSEF nümayəndəsi qeyd edib ki, Mosulun qərb rayonlarının mühasirəsi davam edir və bu əraziləri tərk etmiş dinc sakinlərin sayı 500 min nəfərə çatıb.

    "Əvvəllər Mosulun şərq yaşayış məntəqələrini 200 min dinc sakin tərk edib. Bu mənada Mosulun azad edilməsi əməliyyatının başlanğıcından bu günə kimi şəhəri 700 minə yaxın insan tərk edib" – deyə o xəbər verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi