Hərbi ekspertlər NATO-nun Arktikaya marağının artmasından danışıblar

Hərbi ekspertlər NATO-nun Arktikaya marağının artmasından danışıblar Qərb Rusiyanın Şimal dəniz marşrutunu və Arktika regionunu inkişaf etdirmək səylərindən narahatdır. Regionda “Arctic Edge 24” hərbi təliminə başlayan alyansın hərbi fəaliyyəti bununla izah olunur.
Digər ölkələr
19 Mart , 2024 05:17
Hərbi ekspertlər NATO-nun Arktikaya marağının artmasından danışıblar

Qərb Rusiyanın Şimal dəniz marşrutunu və Arktika regionunu inkişaf etdirmək səylərindən narahatdır. Regionda “Arctic Edge 24” hərbi təliminə başlayan alyansın hərbi fəaliyyəti bununla izah olunur.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Sakit Okean Donanmasının keçmiş komandanı Sergey Avakyants “İzvestiya”ya NATO qoşunlarının Alyaskadan təxminən 6 min km məsafədə Norveçin şimal bölgələrində desant əməliyyatı keçirəcəyi xəbərini şərh edərkən bildirib:

“İndi bu, ən aktual məsələyə çevrilir, çünki Qırmızı dəniz üzərindən cənub kommunikasiyaları təhlükə altındadır. Husilər zərbələrin coğrafiyasını genişləndirməklə hədələyiblər və Ümid burnu istiqamətində Afrika ətrafında marşrutu izləyən gəmilərə hücum etmək niyyətindədirlər”.

Sergey Avakyantsın fikrincə, alyansın hərəkətləri onun Şimal dəniz yoluna və Rusiyanın iqtisadi zonasına təsir imkanlarının nümayişidir.

Hərbi ekspert Yuri Lyamin isə vurğulayıb ki, təlimlərdə iştirak edəcək ABŞ-ın 11-ci Hava Desant Diviziyası Alyaskada yaradılıb. Bundan əlavə, Rusiyanın şimal sahillərində NATO kəşfiyyatının fəaliyyəti Moskvanı regionda təhlükəsizlik strategiyasına yenidən baxmağa sövq edir.

Son xəbərlər

Orphus sistemi