​İraqda İran ordusunun generalı həlak olub

​İraqda İran ordusunun generalı həlak olub General Həmid Takavi İŞİD-ə qarşı mübarizə üzrə müşavir missiyasını yerinə yetirərkən həlak olub
Digər ölkələr
28 Dekabr , 2014 23:08
​İraqda İran ordusunun generalı həlak olub
Bakı. 28 dekabr. REPORT.AZ/ İran ordusunun generalı İraq ərazisində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvlərinə qarşı hərbi əməliyyat zamanı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"General Həmid Takavi İŞİD-ə qarşı mübarizə üzrə müşavir missiyasını yerinə yetirərkən həlak olub", - deyə İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında bildirilib.

Bundan əvvəl İranın Xarici İşlər Nazirliyi ABŞ-ın İraqdakı fəaliyyətinin qeyri-ciddi göründüyünü bəyan edib.

Son xəbərlər

Orphus sistemi