Həmid Karzay Pəncşirdəki qüvvələrlə “Taliban”ı dialoqa çağırıb

Həmid Karzay Pəncşirdəki qüvvələrlə “Taliban”ı dialoqa çağırıb Əfqanıstanın sabiq dövlət başçısı Həmid Karzay Pəncşirdəki müqavimət qüvvələri və “Taliban” qruplaşmasını dialoqa çağırıb.
Digər ölkələr
3 Sentyabr , 2021 16:16
Həmid Karzay Pəncşirdəki qüvvələrlə “Taliban”ı dialoqa çağırıb
Həmid Karzay

Əfqanıstanın sabiq dövlət başçısı Həmid Karzay Pəncşirdəki müqavimət qüvvələri və “Taliban” qruplaşmasını dialoqa çağırıb.

“Report” xəbər verir ki, bu barədə “Khaama Press” məlumat yayıb.

“Toqquşmaların başlamasından narahatlıq duyuram. Hər iki tərəfi problemləri dialoq yolu ilə həll etməyə çağırıram”, - o qeyd edib.

Xatırladaq ki, Pəncşir vilayətində Əhməd Məsud və Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin başçılığı altında ölkədə hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasına tabe olmaqdan imtina edən müqavimət qüvvələri toplaşıb.

Son xəbərlər

Orphus sistemi