Bakı. 26 mart. REPORT.AZ/ Qəzza zolağında ötən yay baş verən hərbi əməliyyatlar zamanı fələstinli qruplar tərəfindən həyata keçirilən raket hücumları hərbi cinayət sayılır. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, "Amnesty International" təşkilatı bu nəticəyə gəlib.
Belə ki, təşkilatın yaydığı son hesabatda bildirilir ki, 50 gün davam edən silahlı toqquşmalar zamanı mülki şəxslərin həyatına "açıq laqeydlik" göstərilib. Raket hücümları nəticəsində 13 fələstinli, İsrail tərəfindən isə altı nəfər mülki şəxs öldürülüb.
Buna cavab olaraq Həmas nümayəndələri Amnesty İnternationalın hesabatında çoxsaylı səhvlər olduğuna diqqət yetirib.
Qeyd edək ki. BMT-nin statistikasına görə, ötən il Qəzzada baş verən münaqişə nəticəsində 1486-sı mülki şəxs olmaqla toplam 2189 fələstinli həlak olub. İsrail tərəfindən altı mülki şəxslə yanaşı 67 əsgər də öldürülmüşdü.