Hələbdə Qırmızı Aypara Cəmiyyətinin əməkdaşı ölüb

Hələbdə Qırmızı Aypara Cəmiyyətinin əməkdaşı ölüb Şəhər terrorçular tərəfindən atəşə tutulub
Digər ölkələr
8 Fevral , 2017 22:53
Hələbdə Qırmızı Aypara Cəmiyyətinin əməkdaşı ölüb

Bakı. 8 fevral. REPORT.AZ/ Suriya Qırmızı Aypara Cəmiyyətinin (SQAC) əməkdaşları Hələb şəhərinin Əl-Həmədaniyyə rayonunda atəşə məruz qalıblar. İnsident nəticəsində onlardan yeddi nəfəri yaralanıb, bir nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilir.

Həmçinin humanitar təşkilat əməkdaşlarından yardım almağa gələn iki dinc sakin də həyatını itirib.

"Reuters" Suriya mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü sözügedən rayon terrorçular tərəfindən atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi