Yuxarı

​Hələb ətrafında İŞİD yaraqlıları tərəfindən iranlı general qətlə yetirilib

Hərbi məsləhətçi kimi fəaliyyət göstərən İran ordusunun generalı Hüseyn Həmədani İŞİD yaraqlıları tərəfindən öldürülüb

Bakı. 9 oktyabr. REPORT.AZ/ İŞİD yaraqlılarına qarşı döyüşən Suriya ordusunda hərbi məsləhətçi kimi fəaliyyət göstərən İran ordusunun briqada generalı Hüseyn Həmədani bu gecə Suriyada qətlə yetirilib.

Bu barədə "Report" PressTV-yə istinadən xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun yaydığı bəyanatda deyilir ki, H.Həmədani Suriyanın Hələb şəhəri yaxınlığında İŞİD yaraqlıları tərəfindən qətlə yetirilib.

Xatırladaq ki, Suriyadakı münaqişə 4 ildir davam edir. İran terrorçu qruplaşmalara qarşı mübarizədə Suriyaya hərbi məsləhət təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi