Hələb atəşə tutulub, ölən və yaralananlar var

Hələb atəşə tutulub, ölən və yaralananlar var Bakı. 14 sentyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhəri silahlı qruplaşmalar tərəfindən atəşə tutulub.
Digər ölkələr
14 Sentyabr , 2018 03:58
Hələb atəşə tutulub, ölən və yaralananlar var

Bakı. 14 sentyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhəri silahlı qruplaşmalar tərəfindən atəşə tutulub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, Nil küçəsinin raket atəşinə məruz qalması nəticəsində 1 uşaq həlak olub. Atəş nəticəsində habelə 13 nəfər yaralanıb. Onlar arasında qadınların da olduğu bildirilir.

Hələbin ətrafındakı şəhərlər mütəmadi olaraq müxalif silahlı qruplaşmalar tərəfindən də atəşə məruz qalır. Nəticədə isə dinc sakinlər həlak olur. 

Son xəbərlər

Orphus sistemi