Karaqandada ermənilərin səbəbkar olduğu qarşıdurmalarla bağlı 11 nəfər həbs edilib

Karaqandada ermənilərin səbəbkar olduğu qarşıdurmalarla bağlı 11 nəfər həbs edilib Bakı. 9 yanvar. REPORT.AZ/ Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdiyi qətl və bununla əlaqədar yaranan qarşıdurmalarla bağlı 11 nəfər həbs edilib.
Digər ölkələr
1367
9 Yanvar , 2019 22:41
Karaqandada ermənilərin səbəbkar olduğu qarşıdurmalarla bağlı 11 nəfər həbs edilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdiyi qətl və bununla əlaqədar yaranan qarşıdurmalarla bağlı 11 nəfər həbs edilib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Qaqik Qalaçyan bildirib.

Bu gün Qazaxıstanın DİN rəhbərliyi ilə görüşdüyünü deyən səfir qeyd edib ki, hadisə ilə bağlı iki cinayət işi qaldırılıb. Bunlardan biri gəncin ölümünə (yerli sakinin ermənilər tərəfindən qətlə yetirilməsi-red) səbəb olmuş kütləvi dava faktı ilə bağlıdır. O, qeyd edib ki, həbs edilənlər arasında Ermənistan vətəndaşları da var. Daha bir erməni isə axtarışa verilib.

Qeyd edək ki, Qazaxıstanda 23 yaşlı yerli sakin "Qədim Roma" restoranının yanında ermənilər tərəfindən qətlə yetirilib. Qazaxıstan polisinin keçirdiyi operativ axtarış tədbirlərinin gedişində ağır qətli törətməkdə şübhəli 3 nəfər - Malhasyan Torqom Manveloviç, Malhasyan Sohak SamveloviçNadirbəyov Kair Həmidoviç, sonra isə digər şəxslər saxlanılıb.

Daha əvvəl Qazaxıstanın yüzlərlə sakini erməni diasporunun törətdiyi qətlə etiraz olaraq kütləvi aksiya keçirib. 

Son xəbərlər

Orphus sistemi