Almaniyanın hakimiyyət orqanları Bottrop və Essendəki hadisələri terror aktı qiymətləndirir

Almaniyanın hakimiyyət orqanları Bottrop və Essendəki hadisələri terror aktı qiymətləndirir Bakı. 2 yanvar. REPORT.AZ/ Almaniyanın hüquq-mühafizə orqanları Bottrop və Essendə sürücülərin avtomobilləri piyadaların üstünə sürməsinə terror aktı kimi baxır.
Digər ölkələr
2 Yanvar , 2019 01:13
Almaniyanın hakimiyyət orqanları Bottrop və Essendəki hadisələri terror aktı qiymətləndirir

Bakı. 2 yanvar. REPORT.AZ/ Almaniyanın hüquq-mühafizə orqanları BottropEssendə sürücülərin avtomobilləri piyadaların üstünə sürməsinə terror aktı kimi baxır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Taqesşpiqel" qəzeti məlumat yayıb.

Güc strukturlarındakı mənbəyə istinadən verilən xəbərdə bildirilir ki, hazırda ölkənin Baş Prokurorluğu hadisələri araşdırır. Prokurorluqda hesab edirlər ki, 50 yaşlı sürücünün Yeni il gecəsi ərtafdan keçənləri avtomobillə vurmağa cəhd göstərməsi tək fəaliyyət göstərən radikal islamçıların hərəkətləri ilə eynidir. 

Daha əvvəl Almaniyada zəncirvari yol qəzası baş verib, 2 nəfər ölüb, 19-u yaralanıb.

Son xəbərlər

Orphus sistemi