Havay adalarının Kailua şəhərində insanların sıx toplaşdığı küçəyə helikopterin düşməsi nəticəsində 3 nəfər ölüb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd olunur ki, helikopter idarəetmədən çıxıb və yerə düşdükdən sonra yanmağa başlayıb. Hadisə şahidləri bağ şlanqları vasitəsilə alovu söndürməyə çalışıblar, yanan helikopterdən azı bir nəfəri xilas etməyə müvəffəq olublar.
Ölənlər hadisə yerində keçiniblər.