Hamburqda baş vermiş toqquşmalarda 74 polis əməkdaşı xəsarət alıb

Hamburqda baş vermiş toqquşmalarda 74 polis əməkdaşı xəsarət alıb Qarşıdurmalar zamanı xəsarət almış polis zabitlərinin sayı artıb
Digər ölkələr
7 İyul , 2017 03:25
Hamburqda baş vermiş toqquşmalarda 74 polis əməkdaşı xəsarət alıb
Courtesy İmage

Bakı. 7 iyul. REPORT.AZ/ Almaniyanın Hamburq şəhərində etirazçılarla baş vermiş toqquşmalarda 74 polis əməkdaşı xəsarət alıb.

"Report" xəbər verir ki, bununla bağlı şəhər polisinin "Twitter"dəki məlumatında bildirilir.

Qeyd edək ki, polis ilkin məlumatında hüquq-mühafizə orqanlarının 15 əməkdaşının xəsarət aldığını bildirib. Onlardan üçü xəstəxanaya yerləşdirilib. Qarşıdurmalar zamanı xəsarət almış polis zabitlərinin sayı artıb.

"Daha 59 nəfərin yüngül xəsarət aldığı xəbər verilir. Xəsarət almış nümayişçilərin sayı barədə informasiya daxil olmayıb" – deyə polisin məlumatında qeyd olunur.

Son məlumatlara görə, G20 sammiti ərəfəsində keçirilən etirazlarda 8 min nəfər iştirak edib.

Son xəbərlər

Orphus sistemi