Hakerlər Çexiyanın baş nazirinin "Twitter" səhifəsini dağıdıb

Hakerlər Çexiyanın baş nazirinin "Twitter" səhifəsini dağıdıb "Səhifəni dağıdan hakerlər orada neonasist çağırışlar və baş nazirin ünvanına nalayiq ifadələr yerləşdirib"
Digər ölkələr
24 Dekabr , 2015 01:25
Hakerlər Çexiyanın baş nazirinin Twitter səhifəsini dağıdıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Naməlum şəxslər Çexiyanın baş naziri Boquslav Sobotkanın "Twitter" səhifəsini dağıdıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, Çexiya Nazirlər Kabinetinin mətbuat katibi Martin Ayer jurnalistlərə müsahibəsində qeyd edib ki, səhifəni dağıdan hakerlər orada neonasist çağırışlar və baş nazirin ünvanına nalayiq ifadələr yerləşdirib.

Baş nazirin akkauntunun dağıdılması ilə bağlı naməlum cinayətkarlara qarşı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi