Haitidə yüz mindən çox şagird məktəbsiz qalıb

Haitidə yüz mindən çox şagird məktəbsiz qalıb Qasırğa nəticəsində Haitidə azı 900 nəfər həyatını itirib
Digər ölkələr
11 Oktyabr , 2016 02:05
Haitidə yüz mindən çox şagird məktəbsiz qalıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Metyu qasırğası nəticəsində Haitidə yüz mindən çox şagird məktəbsiz qalıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, BMT-nin Uşaqlara Yardım Fondu (YUNİSEf) bu barədə məlumat yayıb.

İnfromasiyaya görə, ilkin məlumata əsasən, ölkədə 300 məktəb ya tamamilə, ya da qismən dağılıb, bəzi məktəblərdə isə təbii fəlakətdən zərərçəkən ailələr yerləşdirilib.

BMT-nin Humanitar Yardım üzrə Əlaqələndirmə Ofisi bildirib ki, qasırğa nəticəsində Haitidə azı 900 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi