Haitidə yanğın 15 uşağın ölümünə səbəb oldu

Haitidə yanğın 15 uşağın ölümünə səbəb oldu Haitidə kilsə nəzdində fəaliyyət göstərən uşaq evində baş verən yanğın azı 15 uşağın ölümünə səbəb olub.
Digər ölkələr
15 Fevral , 2020 08:40
Haitidə yanğın 15 uşağın ölümünə səbəb oldu

Haitidə kilsə nəzdində fəaliyyət göstərən uşaq evində baş verən yanğın azı 15 uşağın ölümünə səbəb olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, uşaq evi paytaxt Port-o-Prensin yaxınlığında yerləşib.

Agentliyin məlumatına görə, iki uşaq öz otağında yanaraq dünyasını dəyişib. Yerli hakim Raymond Jan Antuan bildirib ki, 13 uşaq xəstəxanaya yerləşdirilib. Lakin onların da həyatını xilas etmək mümkün olmayıb.

Belə ki, yanğın nəticəsində uşaqların tənəffüs yollarında problemlər yaranıb. Yanğın uşaq evinin birinci mərtəbəsində, yataq otaqlarının yerləşdiyi ərazidə başlayıb. 

Son xəbərlər

Orphus sistemi