Haitidə silahlı toqquşmalar zamanı onlarla insan öldürülüb

Haitidə silahlı toqquşmalar zamanı onlarla insan öldürülüb Haitinin mərkəzində yerləşən Ptit-Rivyer kommunasında cinayətkar dəstələr arasında baş verən qarşıdurma nəticəsində azı 21 nəfər ölüb.
Digər ölkələr
24 İyul , 2022 02:05
Haitidə silahlı toqquşmalar zamanı onlarla insan öldürülüb

Haitinin mərkəzində yerləşən Ptit-Rivyer kommunasında cinayətkar dəstələr arasında baş verən qarşıdurma nəticəsində azı 21 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə “TeleSUR” telekanalı məlumat yayıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, ölənlərin bəziləri dəstə üzvləri olmayan yerli sakinlərdir.

Bundan əvvəl aidiyyəti qurumlar ötən həftə Karib hövzəsi ölkəsində cinayətkar dəstələr arasında baş verən toqquşmaların qurbanlarının sayının 300-ə yaxın olduğunu bildirmişdilər. Haitinin paytaxtı Port-o-Prens şəhərinin ətraf qəsəbələrinin bir neçə min sakini evlərində mühasirəyə alınıb.

BMT agentlikləri 2021-ci il iyulun 7-nə keçən gecə ölkə Prezidenti Jovenel Moizə sui-qəsddən, eləcə də həmin ilin avqustunda baş vermiş və 2,2 nəfərdən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Haitidə təhlükəsizlik və humanitar vəziyyətin pisləşdiyini xəbər verib.

Son xəbərlər

Orphus sistemi