Haitidə bandalar arasında toqquşma zamanı azı 20 nəfər öldürülüb

Digər ölkələr
  • 28 aprel, 2022
  • 03:33
Haitidə bandalar arasında toqquşma zamanı azı 20 nəfər öldürülüb

Haitinin paytaxtı Port-o-Prins şəhəri ətrafında cinayətkar dəstə üzvləri arasında baş vermiş silahlı toqquşmada azı 20 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü yerli RFM radiostansiyası məlumat yayıb.

Ölənlər arasında azı üç uşaq da var. Bir neçə yüz adam toqquşma bölgəsini tərk edib, yaralılar barədə dəqiq məlumat yoxdur. Bandanın hücumları paytaxtı ölkənin şimal hissəsi və Dominikan Respublikası ilə birləşdirən yolun keçdiyi ərazilərdə baş verir.

BMT agentlikləri 2021-ci il iyulun 7-nə keçən gecə Prezident Jovenel Moise sui-qəsd nəticəsində, habelə həmin ilin avqustunda 2,2 min nəfərdən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Qərb yarımkürəsinin ən yoxsul ölkələrindən birində təhlükəsizlik və humanitar vəziyyətin pisləşdiyini bildirir.