Haitidə Prezident sarayına hücum olub, şiddətli döyüşlər baş verib
Digər ölkələr
- 09 mart, 2024
- 07:31
Haitidə Prezident sarayına hücum olub.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, silahlı dəstələr Port-au-Prins şəhərinin mərkəzində və ya onun yaxınlığında çoxsaylı hökumət binalarına hücum ediblər.
Döyüşlərdə iştirak edən hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, hücumlar koordinasiyalı və sürətli olub: “Müxtəlif qruplar eyni vaxtda Prezident sarayı, Daxili İşlər Nazirliyi və polis qərargahlarını hədəf alıblar”.
Qeyd olunub ki, şiddətli döyüşlərdən sonra dəstə üzvləri geri çəkilib.
Toqquşma nəticəsində silahlı dəstələrin 10 üzvü öldürülüb. Polislər arasında yaralı və ya ölənlərin olması barədə məlumat yoxdur.
Son xəbərlər
12:30
İrandan Azərbaycana 10 kq yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
Hadisə12:27
Livanda binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Digər ölkələr12:22
Səfir: İndoneziya Azərbaycanla əməkdaşlıq üçün 24 istiqamət müəyyən edib
Xarici siyasət12:20
Foto
Azərbaycanın I Liqa klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
Futbol12:20
Foto
Azərbaycanın hərbi məhsulları Ər-Riyadda beynəlxalq sərgidə nümayiş olunur
Hərbi12:19
İran parlamentində ABŞ ilə danışıqlarla bağlı qapalı müzakirə keçirilib
Region12:10
İsrail idmançıları XXV Qış Olimpiya Oyunlarında qarət olunublar
Komanda12:08
Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb
ASK12:08