Haitidə həbsxanadan 200 məhbus qaçıb, 25 nəfər ölüb

Haitidə həbsxanadan 200 məhbus qaçıb, 25 nəfər ölüb Hiaitidə Kroiks-des-Buquts həbsxanasında məhkumların qaçmaq məqsədi ilə etdikləri qiyam nəticəsində 6-sı məhbus olmaqla 25 nəfər ölüb
Digər ölkələr
27 Fevral , 2021 10:55
Haitidə həbsxanadan 200 məhbus qaçıb, 25 nəfər ölüb

Hiaitidə Kroiks-des-Buquts həbsxanasında məhkumların qaçmaq məqsədi ilə etdikləri qiyam nəticəsində 6-sı məhbus olmaqla 25 nəfər ölüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, 200-dən çox məhbus həbsxanadan qaçıb.

Bildirilib ki, Haitinin paytaxtı Port-o-Prens şəhəri yaxınlığındakı Kroiks-des-Buquts həbsxanasından qaçan məhbuslar polislə atışıb.

Rəsmilərin sözlərinə görə, məhbuslar qaçarkən vətəndaşlara hücum ediblər. Bu hücumlar nəticəsində bir neçə dinc sakinin öldüyü də bildirilib. Başqa bir məlumata əsasən, qaçanlardan biri Haitidəki silahlı dəstələrdən birinin başçısıdır.

Kroiks-des-Buquts həbsxanası fevralın 7-də prezident Jovenel Moizin hakimiyyətini devirməkdə ittiham olunan müxalifət üzvlərinin saxlanıldığı simvolik yerlərdən biridir.

Son xəbərlər

Orphus sistemi