Yuxarı
    Bağlamaq

    ​Haitidə daşqınlar 6 nəfərin həyatına son qoyub

    4000 ev suyun altında qalıb

    Bakı. 30 aprel. REPORT.AZ/ Haiti Respublikasında yağan aramsız yağışlar nəticəsində yaranmış daşqınlar 6 nəfərin həyatına son qoyub. "Report" xəbər verir ki, bu barədə "Prensa Latina" agentliyi məlumat yayıb.

    Məlumata görə, daşqınlar nəticəsində 4000 ev suyun altında qalıb və ciddi zərər çəkib.

    Ən çox ziyan paytaxt ətrafındakı Karfur, Delmas və Sita Soley rayonlarına dəyib. Amma ölkədəki siyasi böhrana görə müvəqqəti hökumət indiyə qədər zərər çəkmiş ərazilərdəki insanlara yardımların icrasına başlaya bilməyib.

    Mülki müdafiə xidmətinin əməkdaşları təbii fəlakətin qarşısının alınması üçün zəruri olan resursların çatışmazlığından şikayət edirlər.  Bu səbəbdən çoxlu sayda insanı təhlükəli zonalardan təxliyə etməyə mümkün deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi