Haiti hökuməti Fransadan təzminat tələb edir

Haiti hökuməti Fransadan təzminat tələb edir Fransa hakimiyyəti Haitiyə XIX əsrdə müstəqilliyini əldə etmək üçün ödəməyə məcbur olduğu böyük məbləğə görə təzminat ödəməlidir.
Digər ölkələr
27 Sentyabr , 2024 10:21
Haiti hökuməti Fransadan təzminat tələb edir

Fransa hakimiyyəti Haitiyə XIX əsrdə müstəqilliyini əldə etmək üçün ödəməyə məcbur olduğu böyük məbləğə görə təzminat ödəməlidir.

“Report” xəbər verir ki, bunu Haiti Keçid Dövrü Prezident Şurasının sədri Edqar Leblan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxışı zamanı bildirib.

E.Leblan xatırladıb ki, Haiti müstəqilliyini odla və qanla qazanılmasına baxmayaraq, buna görə pul ödəyən yeganə ölkədir: "Bu borc köləlik zəncirlərindən azad olmaq və Haiti xalqını insan ləyaqətinə yüksəltmək cəsarətinə görə bir cəza forması idi".

"Burada, Baş Assambleyanın 79-cu sessiyasında Haiti mənim vasitəmlə sadəcə təzminat tələb etmir, həm də immanent ədalətlə bağlı prinsipial məsələ qaldırır. Mənim yanaşmam qətiyyətlidir, strukturlaşdırılıb və yaxşı sənədləşdirilib. Restitusiya və Reparasiya üzrə Milli Komitə CARICOM komissiyası ilə əməkdaşlıq çərçivəsində bu məsələ ilə bağlı hərtərəfli işlər görüb. Biz mənəvi və tarixi borcun tanınmasına və xalqımızı bu ədalətsiz keçmişin görünməz buxovlarından azad etməyə imkan verəcək ədalətli və müvafiq təzminatın həyata keçirilməsinə çağırırıq”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi