Guzel Maytdinova: Mərkəzi Asiya ölkələri sivilizasiyalararası qarşılıqlı əlaqələri gücləndirməlidirlər

Guzel Maytdinova: Mərkəzi Asiya ölkələri sivilizasiyalararası qarşılıqlı əlaqələri gücləndirməlidirlər Mərkəzi Asiya ölkələri sivilizasiyalararası qarşılıqlı əlaqəni gücləndirməlidir.
Digər ölkələr
13 Avqust , 2024 10:05
Guzel Maytdinova: Mərkəzi Asiya ölkələri sivilizasiyalararası qarşılıqlı əlaqələri gücləndirməlidirlər

Mərkəzi Asiya ölkələri sivilizasiyalararası qarşılıqlı əlaqəni gücləndirməlidirlər.

"Report" xəbər ki, bunu Rusiya-Tacikistan Universiteti Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru Guzel Maytdinova “Sputnik-Qazaxıstan” multimedia mətbuat mərkəzində keçirilən Astana-Moskva-Bişkək-Daşkənd-Düşənbə videokörpüsü zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri arasında yalnız Tacikistan türkdilli dövlət deyil.

“Bu kontekstdə bütün Mərkəzi Asiya regionunun maraqlarının birləşdirilməsinə gəlincə, türkdilli ölkələr daha sıx qarşılıqlı əlaqə formatı tapıb. Belə olan halda sual yaranır: Tacikistanla fərqliliyin uyğun formada uzlaşdırılması mümkün olacaqmı? Buna görə də sivilizasiyalararası qarşılıqlı əlaqəni gücləndirmək lazımdır”, - tacik ekspert bildirib.

Son xəbərlər

Orphus sistemi