Gürcüstanın nazir müavini ölkənin enerji bazarında həyata keçiriləcək islahatları açıqlayıb

Gürcüstanın nazir müavini ölkənin enerji bazarında həyata keçiriləcək islahatları açıqlayıb “Gürcüstanın energetika staretgiyasının əsas məqsədi istehlakçıların maraqlarının nəzərə alınması və hüquqlarının müdafiə olunmasıdır”.
Digər ölkələr
16 Aprel , 2019 15:57
Gürcüstanın nazir müavini ölkənin enerji bazarında həyata keçiriləcək islahatları açıqlayıb

“Gürcüstanın energetika staretgiyasının əsas məqsədi istehlakçıların maraqlarının nəzərə alınması və hüquqlarının müdafiə olunmasıdır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava bildirib.

Onun sözlərinə görə, energetika bazarında həyata keçiriləcək islahatlar Gürcüstan hökumətinin Avropa İttifaqı ilə imzaladığı assosiasiya haqqında saziş çərçivəsində hazırlanıb: “Bu yaxınlarda parlamentdə müzakirə olunacaq qanun layihəsinin əsas prinsipi əhalinin elektrik enerjisi və ya təbii qazla təhlükəsiz, daimi və keyfiyyətli təminatı ilə bağlıdır. Bu, qlobal və geosiyasi xarakter daşıyan enerji təhlükəsizliyi, həmçinin istehlakçılar üçün təhlükəsiz tədarük deməkdir”. 

Son xəbərlər

Orphus sistemi