Gürcüstan parlamentinin vitse-spikeri: Zurabişvilinin referendumla bağlı təşəbbüsü təhqirdir

Gürcüstan parlamentinin vitse-spikeri: Zurabişvilinin referendumla bağlı təşəbbüsü təhqirdir Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkənin xarici siyasət kursu ilə bağlı referendum keçirmək təşəbbüsü artıq Avro-Atlantik kursun lehinə seçim etmiş xalq üçün təhqirdir.
Digər ölkələr
29 May , 2024 20:53
Gürcüstan parlamentinin vitse-spikeri: Zurabişvilinin referendumla bağlı təşəbbüsü təhqirdir

Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkənin xarici siyasət kursu ilə bağlı referendum keçirmək təşəbbüsü artıq Avro-Atlantik kursun lehinə seçim etmiş xalq üçün təhqirdir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze prezidentin referendum keçirmək təşəbbüsünə münasibət bildirərkən deyib.

“Nədənsə, bu etiraz aksiyalarından sonra radikal müxalifət və Salome Zurabişvili də bir sualla cavab verə bilmir: gürcü xalqı nə istəyir? Cəmiyyətimizin mütləq əksəriyyəti kimi belə bir sualımız yoxdur”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi