Yuxarı

Gürcüstan parlamentində üç partiya təmsil olunacaq

Bu, seçici səslərinin 99,9%-nin hesablanmasından sonra məlum oub

Bakı. 10 oktyabr. REPORT.AZ/ Hakim "Gürcüstan arzusu – Demokratik Gürcüstan" və "Vahid milli hərəkat" partiyaları ilə yanaşı "Gürcüstan vətənpərvərləri alyansı" da gələcək Gürcüstan parlamentində üçüncü siyasi qüvvə kimi təmsil olunacaq.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Bu, seçici səslərinin 99,9%-nin hesablanmasından sonra məlum olub.

"Gürcüstan vətənpərvərləri alyansı" parlamentə keçid üçün lazım olan 5% səsi toplayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi