​Güclü qar və şaxta Meksikanı iflic edib

​Güclü qar və şaxta Meksikanı iflic edib Bir çox yollar bağlanıb, 60-dək avtomobil hərəkətsiz qalıb
Digər ölkələr
29 dekabr 2015 22:41
​Güclü qar və şaxta Meksikanı iflic edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Federal hakimiyyətə müraciət edən Meksikanın şimalında yerləşən Çiuaua ştatının rəhbərliyi güclü şaxta səbəbindən fövqəladə rejim elan edilməsini xahiş edib.

"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, aramsız yağan qar nəticəsində bir çox yollar bağlanıb, turistik rayon sayılan Basaseaçi şəlaləsi yaxınlığında 60-dək avtomobil hərəkətsiz qalıb.

Çiuaua ştatı həmçinin şaxta qeydə alınan zonada olan 300 min. nəfərə isti geyim, yorğanların və tikinti materiallarının alınması üçün maddi yardım ayrılmasını xahiş edib. 

Orphus sistemi