Yuxarı

Gəncə sakini öz mənzilində ölü tapılıb

Xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər

Bakı. 22 fevral. REPORT.AZ/ Gəncə şəhərinin Nizami rayonunda mənzildə 1941-ci il təvəllüdlü Səfərov Yusif Məhi oğlunun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

Səfərovun meyitini aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:39-da başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi