Yuxarı

Gələn ilin mayında İstanbulda beynəlxalq humanitar sammit keçiriləcək

Fuat Oktay: Türkiyə bütün iştirakçılarla əməkdaşlıq etməyə hazırdır

Bakı. 6 may. REPORT.AZ/ Gələn ilin mayında Türkiyənin İstanbul şəhərində beynəlxalq humanitar sammit keçiriləcək. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyinin (AFAD) rəhbəri Fuat Oktay bildirib. 

"Türkiyə bütün iştirakçılarla əməkdaşlıq etməyə hazırdır. Biz sammitdə özəl dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında uzunmüddətli dialoqun bərqərar olunmasını gözləyirik", - o vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi