"Gallup": Donald Trampın reytinqi 40%-dək enib

"Gallup": Donald Trampın reytinqi 40%-dək enib Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampdan razılıq reytinqi həftə ərzində 40%-ə qədər enib.
Digər ölkələr
30 Oktyabr , 2018 09:53
Gallup: Donald Trampın reytinqi 40%-dək enib
AP
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampdan razılıq reytinqi həftə ərzində 40%-ə qədər enib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Gallup" şirkətinin həftəlik sorğusunda bildirilir.

Oktyabrın 28-də keçirilən son sorğunun nəticələrinə əsasən, ABŞ liderini amerikalıların 40%-i dəstəkləyir. Bu, təşkilatıçıların bir həftə əvvəl, oktyabrın 21-də keçirilən sorğudakı nəticə ilə müqayisədə 4 faiz azdır.

Respondentlərin 54%-i dövlət başçısının işi ilə bağlı mənfi fikirdədirlər.

Sorğu oktybarın 22-dən 28-dək 1500 yetkin amerikalı arasında aparılıb. Xəta payı 3% təşkil edir.

Son xəbərlər

Orphus sistemi