G7 sammitinin loqotipi Almaniyaya 80 min avroya başa gəlib

G7 sammitinin loqotipi Almaniyaya 80 min avroya başa gəlib Vəsait ölkənin federal büdcəsindən ayrılıb
Digər ölkələr
30 İyul , 2015 01:00
G7 sammitinin loqotipi Almaniyaya 80 min avroya başa gəlib

Bakı. 30 iyul. REPORT.AZ/ "Böyük yeddilik" (G7) sammitinin loqotipi Almaniyanın federal büdcəsinə 80 min avroya başa gəlib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə hökumət nümayəndəsi Kristiane Virts məlumat verib.

Sammit 2015-ci il iyunun 7-8-də Bavariyada yerləşən Elmau qəsrində keçirilib.

K.Virts qeyd edib ki, loqotip təkcə Bavariyada keçirilən bu sammitdə deyil, il ərzində Almaniyanın beynəlxalq tədbirlərə sədrliyi dövründə, həmçinin nazirliyin tədbirlərində də istifadə olunub. Bundan başqa, sədrlik çərçivəsində loqotip bütün informasiya materiallarını, suvenir və digər məhsulları da bəzəyib.  

Son xəbərlər

Orphus sistemi