Bakı. 25 aprel. REPORT.AZ/ G7 ölkələri Rusiyanın Suriyadakı fəaliyyətindən narazılıqlarını ifadə ediblər.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumatda qeyd edilir ki, "Böyük yeddilər"in xarici işlər nazirləri və təhlükəsizlik nazirləri birgə bəyanatlarında Rusiyanın Suriyadakı hərəkətlərinin sabitliyi pozduğunu bildiriblər.
Bəyanatda qeyd edilir ki, G7 ölkələrinin Xarici İşlər Nazirliklərinin başçıları Suriya, Ukrayna və Koreya Xalq Demokratik Respublikası da daxil olmaqla, sülh və təhlükəsizlik məsələləri üzrə ümumi narahatlığı müzakirə ediblər. Nazirlər ümumi çağırışlarda Rusiyanın sabitliyi pozan davranışı mövzusunu qaldırıblar.