G7 liderləri Əfqanıstanda terrorla mübarizəni müzakirə ediblər

G7 liderləri Əfqanıstanda terrorla mübarizəni müzakirə ediblər G7 liderlərinin virtual görüşündə Əfqanıstanla bağlı müzakirələr aparılıb.
Digər ölkələr
24 Avqust , 2021 20:11
G7 liderləri Əfqanıstanda terrorla mübarizəni müzakirə ediblər

G7 liderlərinin virtual görüşündə Əfqanıstanla bağlı müzakirələr aparılıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən sonra bildirib ki, virtual toplantıda Əfqanıstandan təxliyənin koordinasiyası və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması məsələləri müzakirə edilib.

"G7 liderləri ilə Əfqanıstan mövzusunda mühüm bir müzakirə oldu. NATO təxliyəni təmin etmək üçün koordinasiyasını davam etdirir. Terror qruplarının Əfqanıstanda sərbəst şəkildə fəaliyyətinin qarşısını almalıyıq", - Stoltenberq deyib.

Avropa Şurasının rəhbəri isə görüşdə bildirib ki, G7 koalisiya dövlətlərinin vətəndaşlarının Əfqanıstandan tamamilə çıxarılmasına üstünlük verir və "Taliban"ı hava limanına girişi təmin etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi