FTB: Trampa atəş açan şəxsin şəxsiyyəti müəyyənləşdirilir

FTB: Trampa atəş açan şəxsin şəxsiyyəti müəyyənləşdirilir ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyənləşdirməyə davam edir.
Digər ölkələr
14 İyul , 2024 09:12
FTB: Trampa atəş açan şəxsin şəxsiyyəti müəyyənləşdirilir

ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyənləşdirməyə davam edir.

"Report" xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Kevin Rojek mətbuat konfransında bildirib.

"Onun şəxsiyyətini müəyyənləşdirməyə yaxınıq və bu şəxsin kim olduğuna 100 % əmin olduqdan sonra bu məlumatı mətbuatla paylaşacağıq", - o deyib.

Rojek həmçinin qeyd edib ki, səlahiyyətli orqanlar Trampa atəş açan şəxsin şəxsiyyətinin biometrik təsdiqini gözləyirlər:

"Biz indi fotoşəkillərə baxırıq, onun DNT-sini yoxlamağa və biometrik təsdiq almağa çalışırıq".

Bundan əvvəl CNN jurnalisti Ebbi Fillip bildirib ki, Federal Təhqiqatlar Bürosu Trampın Pensilvaniya sakini olan 20 yaşlı Tomas Metyu Kruks tərəfindən vurulduğunu müəyyənləşdirib.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Son xəbərlər

Orphus sistemi