FTB direktorunun namizədi Senatda prosedur səsverməsindən keçib

FTB direktorunun namizədi Senatda prosedur səsverməsindən keçib ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizəd Keş Patel çərşənbə axşamı Senatda prosedur səsverməsindən keçib.
Digər ölkələr
19 fevral 2025 03:54
FTB direktorunun namizədi Senatda prosedur səsverməsindən keçib

ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizəd Keş Patel çərşənbə axşamı Senatda prosedur səsverməsindən keçib.

"Report"un xəbərinə görə, iclası C-SPAN telekanalı yayımlayıb.

Patelin lehinə 48 qanunverici səs verib, 45 nəfər isə onun əleyhinə səs verib. ABŞ Konqresinin yuxarı palatası hazırda hakim Respublikaçılar Partiyasının nəzarəti altındadır.

Fevralın 13-də Senatın Hüquq Komitəsi Patelin bu vəzifəyə namizədliyinin təsdiqlənməsinə səs verib. Hazırda ABŞ Prezidenti olan Respublikaçı Donald Tramp 2024-cü ilin noyabr ayının sonunda Patelin FTB-nin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi