FTB: “Cybertruck”ı partladan şəxsin Trampa qarşı heç bir düşmənçiliyi olmayıb

FTB: “Cybertruck”ı partladan şəxsin Trampa qarşı heç bir düşmənçiliyi olmayıb ABŞ Federal Təhqiqatlar Bürosu hesab edir ki, yeni seçilmiş prezident Donald Trampa məxsus Las-Veqas otelində “Tesla Cybertruck” elektrik avtomobilinin partladılmasında şübhəli bilinən şəxsin ona qarşı heç bir düşmənçiliyi olmayıb.
Digər ölkələr
4 Yanvar , 2025 05:43
FTB: “Cybertruck”ı partladan şəxsin Trampa qarşı heç bir düşmənçiliyi olmayıb

ABŞ Federal Təhqiqatlar Bürosu hesab edir ki, yeni seçilmiş prezident Donald Trampa məxsus Las-Veqas otelində “Cybertruck” elektrik avtomobilinin partladılmasında şübhəli bilinən şəxsin ona qarşı heç bir düşmənçiliyi olmayıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” FTB nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, elektrik avtomobilinin partladılmasında şübhəli bilinən Metyu Layvelsberqer, ehtimal ki, travma sonrası stress pozğunluğundan əziyyət çəkib, Trampa qarşı heç bir ədavəti olmayıb.

FTB sözçüsü təsdiqləyib ki, müstəntiqlər Nyu Orlean və Las-Veqasdakı terror aktları arasında əlaqə tapmayıblar.

Qeyd edək ki, “Cybertruck” elektrikli pikapı Las-Veqasda 64 mərtəbəli “Trump International Hotel”in yanında partladılıb. Hadisə nəticəsində ən azı bir nəfər həlak olub, daha yeddi nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi