FTB Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb

FTB Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb.
Digər ölkələr
25 May , 2022 01:10
FTB Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Məlumata görə, sui-qəsd cəhdini Ohayoda yaşayan iraqlı planlaşdırıb. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir. Şübhəli şəxs 2020-ci ildə ABŞ-a gəlib, sığınacaq üçün müraciət edib.

Şübhəli şəxs qətlin təşkilinə Türkiyə, Misir və Danimarkada yaşayan daha 4 iraqlını cəlb etməyi planlaşdırdığını etiraf edib. Bundan əlavə, onun Texasa Buşun evini videoya çəkmək üçün gəldiyi məlum olub.

O, öz hərəkətini 2003-cü ildə ABŞ-ın ölkəyə müdaxiləsindən sonra minlərlə iraqlının ölümünə görə Buşu məsuliyyət daşıması ilə izah edib.

Son xəbərlər

Orphus sistemi