Fransua Olland Donald Trampdan danışıqlar aparılmasını xahiş edib

Fransua Olland Donald Trampdan danışıqlar aparılmasını xahiş edib Sizinlə birlikdə dünyəvi dəyərlər və maraqlarla bağlı danışıqlar aparmaq istərdim
Digər ölkələr
10 Noyabr , 2016 04:08
Fransua Olland Donald Trampdan danışıqlar aparılmasını xahiş edib

Bakı. 10 noyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Respublikaçılar Partiyasının namizədi Donald Trampa məktub yazaraq danışıqlar aparmaq istədiyini bildirib.

"Report"un məlumatına görə, bu barədə "BBC" məlumat yayıb.

"Mən sizinlə birlikdə bölüşdüyümüz dünyəvi dəyərlər və maraqlarla bağlı danışıqlar aparmaq istərdim. Xalqlarımız arasındakı dostluq və ümumi tarix bizə kömək olacaq" – deyə Fransa prezidentinin məktubunda bildirilir.

Qeyd edək ki, Olland bundan əvvəl Trampı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Fransa prezidenti avqustun əvvəllərində Respublikaçılar Partiyasının namizədinə mənfi münasibət bəslədiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi