Fransua Fiyon: "İttihamlara baxmayaraq seçki kampaniyasını davam etdirəcəyəm"

Fransua Fiyon: "İttihamlara baxmayaraq seçki kampaniyasını davam etdirəcəyəm" Prezidentliyə namizəd martın 15-də dövlət əmlakının mənimsənilməsi işi üzrə məhkəməyə çağırıldığını təsdiqləyib
Digər ölkələr
1 Mart , 2017 16:17
Fransua Fiyon: İttihamlara baxmayaraq seçki kampaniyasını davam etdirəcəyəm

Bakı. 1 mart. REPORT.AZ/ Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd olan Fransua Fiyon dövlət vəsaitinin mənimsənilməsi və saxta iş yerinin yaradılması işi üzrə ittiham olunmasına baxmayaraq, seçki kampaniyasını davam etdirmək niyyətində olduğunu bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin özü Parisdə seşki qərargahında təcili çağırılmış mətbuat konfransında deyib.

O, martın 15-də dövlət əmlakının mənimsənilməsi işi üzrə məhkəməyə çağırıldığını təsdiqləyib, amma bu ittihamları rədd edir.

Son xəbərlər

Orphus sistemi