Yuxarı
    Bağlamaq

    Fransızların üçdə ikisi Fiyonu prezidentliyə namizəd görmək istəmir

    Respondentlər Respublikaçılar Partiyasından namizəd kimi keçmiş baş nazir Alen Jüppenin irəli sürülməsinin doğru olduğunu düşünür

    Bakı. 2 fevral. REPORT.AZ/ Fransa vətəndaşlarının demək olar 70 faizi həyat yoldaşı Penelopayla bağlı qalmaqala görə Fransua Fiyonun ölkə prezidenti postu uğrunda mübarizədən imtina etməsini istəyir.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu "Harris Interactive" sosioloji xidməti tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir.

    Respondentlər Respublikaçılar Partiyasından namizəd kimi Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Alen Jüppenin irəli sürülməsinin doğru olduğunu düşünürlər. Eyni zamanda, rəyi soruşulanların yalnız 29 faizi namizədin F.Fiyon olacağı təqdirdə respublikaçıların qələbə qazanacağına inanır. Digər namizədlə isə respublikaçıların qələbə ehtimalı 57 faizdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi