Fransızların 60 %-dən çoxu Bornun baş nazir postunda əvəzlənməsini istəyir

Digər ölkələr
  • 21 iyul, 2023
  • 18:52
Fransızların 60 %-dən çoxu Bornun baş nazir postunda əvəzlənməsini istəyir

Fransalılar hökumətdəki dəyişikliklərdən narazıdırlar, ölkə sakinlərinin 60 %-dən çoxu Elizabet Bornun ölkənin baş naziri postunda əvəzlənməsini istəyir.

“Report” xəbər verir ki, bu, “Odoxa” sosioloji xidmətinin “Le Figaro” qəzetinin sifarişi ilə hazırladığı sorğunun dərc olunmuş nəticələrində öz əksini tapıb.

Ölkə sakinlərinin 62 %-i Born əvəzinə başqa bir şəxsi Nazirlər Kabinetinin rəhbəri kimi görməyə üstünlük veriblər, eyni zamanda onların əksəriyyəti bu seçimdən “həddən artıq narazılıqlarını” (36 %) bəyan ediblər. Respondentlərin 37 %-i Bornun yenidən təyin olunmasını dəstəkləyir, daha 1 %-i prezidentin qərarını qiymətləndirməkdə çətinlik çəkib.

Bununla yanaşı, respondentlərin 61 %-i Nazirlər Kabinetində baş verən dəyişikliklərdən narazıdır. Fransızların 38 %-i onları qənaətbəxş hesab edir. 1 %-i cavab verməkdə çətinlik çəkib.