​Fransız səfiri Rusiya XİN-ə çağırılıb

Digər ölkələr
  • 15 iyun, 2016
  • 14:33
​Fransız səfiri Rusiya XİN-ə çağırılıb

Bakı. 15 iyun. REPORT.AZ/ Fransanın Rusiyadakı səfiri Jan-Moris Riper Marseldə rusiyalı futbol azarkeşlərinin saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi XİN-ə istinadən məlumat yayıb.

Xarici İşlər Nazirliyinin məlumatına vurğulanır ki, Avro-2016-da Rusiya yığması ətrafında mənfi əhval-ruhiyyənin gərginləşməsi Rusiya-Fransa münasibətlərinə pis təsir edə bilər.

Qeyd edək ki, iyunun 14-də Kann yaxınlığında fransız xüsusi təyinatlı dəstəsi Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən ruiyalı azarkeşlərin olduğu olduğu avtobusu saxlayıb. Fransa tərəfinin yaydığı məlumata görə, avtobusda 43 nəfər olub.