Fransanın yeni baş nazirinin adı açıqlanıb

Fransanın yeni baş nazirinin adı açıqlanıb Eduard Filippi Respublikaçılar Partiyasının liberal qanadının təmsilçisi sayılır
Digər ölkələr
15 May , 2017 17:06
Fransanın yeni baş nazirinin adı açıqlanıb

Bakı. 15 may. REPORT.AZ/ Fransa Prezidenti Emmanuel Makron ölkənin baş naziri vəzifəsinə Eduard Filippi təyin edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Sarayı məlumat yayıb.

İnformasiyaya əsasən, 46 yaşlı E.Filipp bundan əvvəl Fransanın Qavr şəhərinin meri işləyib. O, yaxın zamanda Nazirlər Kabinetini formalaşdıracaq. E.Filippi Respublikaçılar Partiyasının liberal qanadının təmsilçisi sayılır.

Qeyd edək ki, mayın 14-də Emmanuel Makron prezident səlahiyyətinin icrasına başlayıb. O, bu postda Fransua Ollandı əvəz edib. 

Son xəbərlər

Orphus sistemi