Fransanın XİN başçısı Emmanuel Makronun dediklərini təkzib edib

Fransanın XİN başçısı Emmanuel Makronun dediklərini təkzib edib Fransa xarici işlər naziri Stefan Sejournet ölkə Prezidenti Emmauel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı fikirlərini təkzib edib.
Digər ölkələr
1 mart 2024 08:36
Fransanın XİN başçısı Emmanuel Makronun dediklərini təkzib edib

Fransanın xarici işlər naziri Stefan Sejurne ölkə prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı dediklərini təkzib edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, nazir rəsmi Parisin Ukraynaya qoşun göndərməyəcəyini bildirib.

“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil. Fransızlar Ukrayna üçün ölməyəcək, biz ora qoşun göndərməyəcəyik”, - S.Sejurne söyləyib.

Qeyd edək ki, E.Makron bir müddət əvvəl bildirmişdi ki, ehtiyac olarsa, Avropa İttifaqı Ukraynaya qoşun göndərə bilər. Bu açıqlama Avropada liderləri arasında ciddi narazılığa səbəb olmuşdu. Onlar E.Makronun dediklərini təkzib etmişdilər.

Son xəbərlər

Orphus sistemi