Yuxarı

Fransanın şimalında sərxoş kişi 6 aylıq uşaq da daxil olmaqla, 4 nəfəri güllələyib

Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb

Bakı. 26 avqust. REPORT.AZ/ Fransada 4 nəfərin qurban olduğu atışmanın təfərrüatları araşdırılır. 

"Report" "Euronews"a istinadən xəbər verir ki, atışma Fransanın şimalında Rua şəhərinin yaxınlağında baş verib. 

Qaraçı taborunun ərazisinə silahlı adam girərək kişi, qadın və 6 aylıq körpəni güllələyib. Ölənlərin hamısı bir ailənin üzvləridir. 3 yaşlı uşaq da daxil olmaqla, bir neçə nəfər yaralanıb. 

Basqınçı hadisə yerinə gələn jandarmalara da atəş açıb, onlardan biri aldığı yaralar nəticəsində həyatını itirib. 

Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Yerli KİV bildirir ki, basqınçı sərxoş olub. Cinayətin motivləri hələlik məlum deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi