Fransanın şimalında 200 miqrantın iştirakı ilə kütləvi dava olub

Fransanın şimalında 200 miqrantın iştirakı ilə kütləvi dava olub Dava yemək paylanılan zaman miqrantlar arasında yaranmış qarşıdurma zamanı başlayıb
Digər ölkələr
22 Avqust , 2017 17:51
Fransanın şimalında 200 miqrantın iştirakı ilə kütləvi dava olub

Bakı. 22 avqust. REPORT.AZ/ Fransanın şimalındakı Kale şəhərində miqrantlar arasında xəsarətlərlə nəticələnən kütləvi dava baş verib. 

"Report" TASS-a istinadən xəbər verir ki, çərşənbə axşamına keçən gecə şəhərin bir neçə bölgəsində Əfqanıstandan olan miqrantlarla eritreyalı miqrantlar arasında toqquşma baş verib. Toqquşmada dəmir çubuqlar və dəyənəklərlə silahlanmış 200-ə qədər insan iştirak edib.

İnsident zamanı 16 miqrantın xəsarət aldığı bildirilir.

İlkin məlumatlara əsasən, dava yemək paylanılan zaman miqrantlar arasında yaranmış mübahisə zamanı başlayıb. Sonra iğtişaşlar şəhərin digər hissələrinə də yayılıb.

Son xəbərlər

Orphus sistemi