Fransanın şimal-qərbində COVID-19-un yeni variantı aşkar edilib

Fransanın şimal-qərbində COVID-19-un yeni variantı aşkar edilib Ona yoluxan insanlarda SARS-CoV-2-yə xas simptomlar olub, lakin PZR testlər mənfi nəticələnib
Digər ölkələr
16 Mart , 2021 12:14
Fransanın şimal-qərbində COVID-19-un yeni variantı aşkar edilib

Fransanın şimal-qərbindəki Bretan regionunda koronavirusun yeni variantı aşkar edilib, ilkin məlumatlar onun çox da təhlükəli olduğunu göstərmir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu variantın müəyyənləşdirilməsi çətin olub. Ona yoluxan insanlarda SARS-CoV-2-yə xas simptomlar olub, lakin PZR testlər mənfi nəticələnib.

Fransa səlahiyyətliləri artıq virusun yeni variant ilə bağlı beynəlxalq səhiyyə orqanlarını məlumatlandırıblar.

Ümumilikdə, Fransada 4 milyondan çox COVID-19 hadisəsi təsbit edilib, 90 mindən insan virusdan ölüb.

Son xəbərlər

Orphus sistemi