Fransanın Nazirlər Kabineti qasırğadan zərər çəkmiş Mayottanın bərpası planını hazırlayıb

Fransanın Nazirlər Kabineti qasırğadan zərər çəkmiş Mayottanın bərpası planını hazırlayıb Fransa Hökuməti "Şido" qasırğasından zərər çəkmiş Mayottanın (ölkənin dənizaşırı ərazisi) bərpası planını hazırlayıb.
Digər ölkələr
30 Dekabr , 2024 12:39
Fransanın Nazirlər Kabineti qasırğadan zərər çəkmiş Mayottanın bərpası planını hazırlayıb

Fransa hökuməti "Şido" qasırğasından zərər çəkmiş Mayottanın (ölkənin dənizaşırı ərazisi) bərpası planını hazırlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Baş naziri Fransua Bayru arxipelaqa işgüzar səfəri zamanı bildirib.

"Bu axşam biz planı təqdim edəcəyik. Bu, vəziyyətə tez reaksiya verməyə imkan yaradacaq", - o qeyd edib.

F.Bayrunun sözlərinə görə, plan uzunmüddətlidir: "Söhbət təkcə Mayottanın əvvəlki vəziyyətinə qaytarılmasından deyil, həm də onun gələcəyini başqa cür təşkil etməkdən gedir".

Bildirilib ki, yanvarın 3-də hökumətin iclasında Mayottanın bərpası planının həyata keçirilməsi mərhələlərini müəyyən edən xüsusi qanun layihəsi təqdim olunacaq. F.Bayru bu gün Mamudzuya (departamentin inzibati mərkəzi) gedib. Onu təhsil naziri Elizabet Born və dənizaşırı ərazilərlə iş üzrə nazir Manuel Vals müşayiət edir.

Xatırladaq ki, Qasırğa Mayottanı dekabrın 14-də vurub, küləyin sürəti saniyədə 55 metri ötüb. Yerli hakimiyyətin məlumatına görə, təbii fəlakət nəticəsində 39 nəfərdən çox insan həlak olub, 5,6 min nəfər zərər çəkib.

Son xəbərlər

Orphus sistemi