Fransanın məşhur müxalifətçisi: Polis mənim və 30 "sarı jiletli"nin gözlərini kor etdi

Fransanın məşhur müxalifətçisi: Polis mənim və 30 "sarı jiletli"nin gözlərini kor etdi Fransanın məşhur ictimai xadimi, "sarı jiletlilər" etiraz hərəkatının liderlərindən biri Jerom Rodriqes ölkə hakimiyyətinin siyasətini pisləyib
Digər ölkələr
12 Fevral , 2021 07:30
Fransanın məşhur müxalifətçisi: Polis mənim və 30 sarı jiletlinin gözlərini kor etdi
Jerom Rodriqes

Fransanın məşhur ictimai xadimi, "sarı jiletlilər" etiraz hərəkatının liderlərindən biri Jerom Rodriqes ölkə hakimiyyətinin siyasətini pisləyib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

"Polis mənim həyatımı dağıtdı, amma məsələ yalnız bunda deyil. Mənim həyatımı Fransa dövləti və hökuməti məhv etdi", - Jerom Rodriqes BFMTV telekanalının efirində deyib.

O, Parisdəki etiraz aksiyasının gedişatında nümayişçilərin plastik güllələrlə atəşə tutulması zamanı gözünün birini itirib.

Nümayişçinin fikrincə, hüquq-mühafizə orqanlarının əməkdaşları öz vəzifələrini yerinə yetirmirlər və yaranmış vəziyyətin əsas gunahkarları əmr verənlərdir. "Həddən artıq çox tale bir - hazırkı sistemi qorumaq məqsədilə eybəcər hala salınıb", - Rodriqes deyib.

Bu halda o Fransa prezidenti Emmanuel Makronu “sarı jiletlilər”i ABŞ Konqresinin "işğalçıları" ilə müqayisə etməsinə görə tənqid edib. "Makron Navalnının (Rusiya müxalifətçisi Aleksey Navalnı-red) tutulması haqqında fikiri ifadə etməyi özünə rəva görür. Amma axı mən etirazların gedişatında görmədən məhrum olmuş digər 30 fransız kimi faktiki olaraq eynilə "fransız Navalnı”yam. Prezident (Emmanuel Makron-red) diqqəti Rusiyada demokratiyanın yoxluğuna yöndəldir, amma unudur ki, həmin hadisələr bu gün Fransanın özündə baş verir", - Rodriqes deyib.

Qeyd edək ki, Rodriqres 26 yanvar 2019-cu ildə polisin "sarı jiletlilər"in etiraz aksiyasını dağıtmasının gedişatında sağ gözünü itirib.

Son xəbərlər

Orphus sistemi