Fransanın ifrat sağçıları yeni baş naziri bütün partiyalarla dialoqa çağırır

Fransanın ifrat sağçıları yeni baş naziri bütün partiyalarla dialoqa çağırır Fransanın yeni Baş naziri Fransua Bayru Milli Assambleyadakı bütün siyasi qüvvələrin fikirlərini nəzərə almalıdır.
Digər ölkələr
13 Dekabr , 2024 20:42
Fransanın ifrat sağçıları yeni baş naziri bütün partiyalarla dialoqa çağırır

Fransanın yeni Baş naziri Fransua Bayru Milli Assambleyadakı bütün siyasi qüvvələrin fikirlərini nəzərə almalıdır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu fikri dekabrın 13-də Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının (MBP) lideri Jordan Bardella bildirib.

“Yeni Baş nazir parlamentdə təmsil olunan bütün siyasi partiyalarla dialoq aparmalıdır”, - Bardella BFM TV-nin efirində deyib.

O əlavə edib ki, MBP apriori etimadsızlıq votumu təklif etməyəcək və ilk növbədə, yeni Nazirlər Kabinetinin necə işləyəcəyinə baxacaq.

Bu partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Pen isə ümid edir ki, yeni baş nazir ağıllı və düşünülmüş büdcə planı yaratmaq üçün müxalif siyasi qüvvələri dinləyib, onları eşidəcək. Əks halda, Le Penin fikrincə, Fransa çıxmaz yola və böhrana girəcək.

Öz növbəsində ifrat solçu “İtaətsiz Fransa” partiyası Bayruya etimadsızlıq votumu elan etmək niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, partiya “X” sosial şəbəkəsindəki hesabında “Prezident postunu tərk etməlidir” yazıb.

“Avropa-Ekologiya-Yaşıllar” partiyasının milli katibi Marin Tondelye telekanala bildirib ki, Bayru iqtisadiyyatı inkişaf etdirməsə və daxili işlər naziri Bruno Retayonu əvəz edəcək şəxs tapmasa, onun partiyasının seçimi qalmayacaq və fürsət yarandıqda partiyanın deputatları baş nazirə etimadsızlıq votumunun lehinə səs verəcəklər.

Bu arada, Sosialist Partiyası Bayrunun Konstitusiyanın Milli Assambleyada səsvermə olmadan qanunların qəbuluna imkan verən 49.3-cü maddəsinə müraciət etməyəcəyi təqdirdə yeni baş nazirə etimadsızlıq votumunu dəstəkləməyəcəyinə söz verib. Sosialistlər, həmçinin Bayru hökumətinə qoşulmaq niyyətində olmadıqlarını açıqlayıblar.

Kommunist Partiyasının milli katibi Fabien Russel Bayrunun təyinatını “pis xəbər” kimi təqdim edərək dərhal partiyasının tələblərini irəli sürüb: siyasi kursun dəyişdirilməsi, parlamentə hörmət edilməsi və Fransa Konstitusiyasının 49.3-cü maddəsinin tətbiq edilməməsi.

Son xəbərlər

Orphus sistemi