Fransanın DİN rəhbəri Parisin blokadasının qarşısının alınması barədə göstəriş verib

Fransanın DİN rəhbəri Parisin blokadasının qarşısının alınması barədə göstəriş verib Fransanın daxili işlər naziri Jerald Darmanin paytaxt regionunun hüquq-mühafizə orqanlarına Parisin tam blokadaya alınmasının qarşısını almağı tapşırıb.
Digər ölkələr
28 Yanvar , 2024 18:55
Fransanın DİN rəhbəri Parisin blokadasının qarşısının alınması barədə göstəriş verib

Fransanın daxili işlər naziri Jerald Darmanin paytaxt regionunun hüquq-mühafizə orqanlarına Parisin tam blokadaya alınmasının qarşısını almağı tapşırıb.

“Report”un məlumatına görə, bu barədə BFMTV kanalı məlumat yayıb.

Bu qərar bazar günü təhlükəsizlik qüvvələri ilə görüşdən sonra qəbul edilib. Polis və jandarmlar həmçinin Ryunjidə paytaxt hava limanları və Avropanın ən böyük ərzaq bazarı ətrafındakı ərazinin qorunmasına diqqət yetirəcəklər.

Qeyd edək ki, inflyasiya və Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirləri azalan narazı fermerlər Fransada kütləvi nümayişlər keçirir. Fermerlər traktorlardan istifadə edərək yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.

Son xəbərlər

Orphus sistemi